ADRA sahibkarların maarifləndirilməsi ilə bağlı hansı tədbirlər görür? - QURUM RƏSMİSİ AÇIQLADI
"Sahibkarların maarifləndirilməsi istiqamətində Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin mətbuat katibi və rəsmi nümayəndələrinin çıxışları, müsahibələrin təşkil olunması, informasiyaların yayımlanması işi mütəmadi olaraq təmin olunur. Həmçinin Agentliyin sosial media platformalarında (Facebook, İnstagram, Twitter, Teleqram və Youtube) gündəlik olaraq paylaşımlar həyata keçirilir. Agentliyin fəaliyyətinə aid informasiya və xəbərlər daimi olaraq müxtəlif KİV vasitəsilə geniş ictimaiyyətə təqdim olunur, hazırlanan materialların həm Agentliyin rəsmi saytı, həm də ölkə üzrə yayımlanan TV, radio və yazılı mətbuatda təbliği işi təmin edilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri deyib.
Onun sözlərinə görə, ADRA sahibkarlar arasında maarifləndirmə işlərini davam etdmək məqsədilə açıq məkandakı reklamlarda dövlət dilinin təşviqi və ondan düzgün istifadə qaydaları ilə bağlı xüsusi broşürlər hazırlayıb: "Broşürlər Bakı ilə yanaşı regionlardakı sahibkarlara da paylanılır. Məlumat vərəqələrində “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “Reklam haqqında” qanunların müddəalarından çıxarışlar, eləcə də reklamlarda ədəbi dil normalarından istifadə üçün əyani misallar yer alıb.
Eyni zamanda açıq məkanda reklam yayımına görə haqqın ödənilməsinin nağdsız qaydada həyata keçirilməsinə dair xüsusi bukletlər hazırlanıb. Həmin çap materiallarında sahibkarlıq subyektlərinə müvafiq dövlət rüsumu və yayım haqqı üzrə nağdsız ödənişləri hansı vasitələrlə edə bilmələri açıq-aydın göstərilib. Belə ki, bu ödənişləri banklara getməklə və ya mobil bankçılıq üzərindən, ödəniş kartları vasitəsilə onlayn resurslardan (hesab.az, million.az, asanpay.az, e-pul.az və s.) istifadə etməklə, eyni zamanda ödəmə terminalları (milliÖn, eManat, easypay və s.) vasitəsilə həyata keçirmək mümkündür".
H.Azəri sözlərinə davam edərək bildirib ki, bundan əlavə ADRA sahibkarların üzv olduğu ictimai birliklər (Reklamçılar İttifaqı, MARSOL), bir sıra dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Turizm Agentliyinin nümayəndələri ilə birgə mütamadi olaraq iş adamları ilə görüşlər təşkil edir, onların açıq məkanda reklam qanunvericiliyi ilə bağlı maarifləndirilməsi işi təmin edilir: "Keçirilən seminarlarda reklam sahəsində sahibkarların, müəssisə və təşkilatların qarşılaşdıqları məsələlər, sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, eləcə də açıq məkan reklamlarında əmtəə nişanından istifadə qaydaları, dil normaları, reklam yerləşdirilməsinə dair icazə, dövlət rüsumu və ödənilən haqqın məbləği, yayımlanan reklamın formatı və digər məsələlər barədə məlumatlandırma işləri aparılır.
Agentliyin müfəttişləri yerlərdə də sahibkarlarla görüşür, onları qanunvericiliyin tələbləri barədə məlumatlandırır.
Agentliyin rəsmi saytında “Vətəndaşların qəbulu” bölümü yer alır, 1412-Çağrı Mərkəzi, həmçinin “whatsapp” və teleqram müraciət xidməti fəaliyyət göstərir. Qeyd edək ki, “whatsapp” və teleqram xidmətinə daxil olan müraciətlər 24 saat ərzində fasiləsiz olaraq cavablandırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB