"Yoncanın qiyməti həddindən artıq qalxacaq" - QURUM RƏSMİSİ AÇIQLADI

"Yoncanın qiyməti həddindən artıq qalxacaq" - QURUM RƏSMİSİ AÇIQLADI

"Beynəlxalq Epizodik Büro vasitəsilə bütün dünya ölkələrinə bitki sağlamlığına təsir edən və yoluxmuş bitkilər barədə məlumat verilir. O cümlədən, Azərbaycana da bu məlumat ötürülür. Çox yaxşı haldır ki, AQTA beynəlxalq təşkilatın informasiyalarını təqib edir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, adı çəkilən ölkələrdən Azərbaycana idxal olunan məhsullarda bitki sağlamlığı üçün təhlükəli orqanizmlər müşahidə olunub: "Bu orqanizmlərin insana zərəri yoxdur. Lakin bitkilərdə yoluxucu xəstəliklər yaranmasına təsir edə bilər. Buna görə də haqlı olaraq, məhdudiyyət qoyulub.

Azərbaycan ətraf mühitinin qorunması üçün atılan addımlar və qoyulan məhdudiyyətlər ola bilsin ki, bazarda bəzi məhsulların qiymətinin artmasına səbəb ola bilər. Bu gözlənilən prosesdir. Lakin Azərbaycan azad bazar iqtisadiyyatı şəraitindədir, biznes qurumlar üçün kifayət qədər rahat şərait yaradılıb. Başqa ölkələrdən çatışmayan məhsullar Azərbaycana gətirilə bilər. Xarici ölkələrdə, İranda, Rusiyada baş vermiş bitki sağlamlığına zərər vuran mikroorqanizmlərin Azərbaycanda qarşısının alınması təbii və vacibdir. Çünki əks halda daha pis nəticələrlə qarşılaşmaq mümkün hal alır.

Dünən bizə gələn məlumatda göstərilir ki, xüsusən Beyləqan rayonunda yonca bitkisinə çox ciddi bakteriya daraşıb və ot tədarükü məsələsi çox ağır vəziyyətdədir. Belə olan təqdirdə heyvanlar üçün yem mənbəyi olan yoncanın qiyməti həddindən artıq qalxacaq. Bu isə ətin qiymətinə təsir edəcək. AQTA-nı Beyləqan rayonu ilə əlaqə saxlayıb, lazımi tədbirlər görməyə dəvət edirəm".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə