"Bu gün vəkilliyə 83 nəfər namizədin andiçmə mərasimi keçirildi. Beləliklə ilk dəfə olaraq ölkəmizdə vəkillərin sayı 2322 nəfərə bərabər oldu. Hesab edirəm ki, bu böyük bir uğurdur". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, ümumiyyətlə, son illər ərzində vəkillik sahəsində aparılan islahatlar öz bəhrəsini verməkdədir: "Vəkillik peşəsi çox məşhurlaşıb. Bu gün hər bir Azərbaycan hüquqşünası vəkil olmaq arzusundadır. Bu böyük marağın əsas səbəbi ondan ibarətdir ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları insanların hüquq peşəsinə, məhkəmə hakimiyyətinə inamını xeyli artırıb. Zənnimcə, bu müsbət tendensiya davam etməkdədir. Ürəkaçan haldır ki, vəkilliyə üz tutan yeni namizədlərin əksəriyyəti 30 yaşına qədər olan hüquqşünaslardır. Eyni zamanda, xanım vəkillərin də sayı artmaqdadır. Bu gün andiçən namizədin 26%-i xanım namizədlərdir. Bu da bizim böyük uğurumuzdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB