"Xəzər dənizi üçün suyun səviyyəsinin dəyişməsi xarakterikdir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Xəzər dənizi üçün suyun səviyyəsinin dəyişməsi xarakterikdir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Xəzər dənizi üçün suyun səviyyəsinin perodik dəyişmələri xarakterikdir. Bu dəyişmələr başlıca amil kimi onun hövzəsinin iqlimi hesab olunur. Yəni, onu qidalandıran çaylardan, düşən yağıntıların miqdarından buxarlanmanın həcmindən asılı olaraq dəyişir. Dəniz dibində baş verən tektonik hərəkətlər də dəniz səviyyəsinin dəyişməsinə təsir edən amillərdəndir. Xəzərin səviyyəsi həm də fəsil dəyişmələri ilə müşahidə olunur. Yay aylarında suyun səviyyəsi daha yüksək, qış aylarında isə daha aşağı olur. Bu isə yenə də su balansı ilə əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ki, suyun səviyyəsinin dəyişməsi prosesi gedir və bununla bağlı fərziyələr və ehtimallar irəli sürülür: "Lakin son 200 ildə aparılan müşahidələr, Xəzər dənizinin səviyyəsinin mütəmadi olaraq 4 metr artma və azalmalar olduğunu göstərir.

Xəzər dənizi qapalı su hövzəsi olaraq, səviyyə tərəddüdləri kimi olduqca xarakterik xüsusiyyəti var. Keçən əsrin ortalarında, 1977-ci ildə dənizin səviyyəsi 20-ci əsrin ən aşağı səviyyəsi olub. Bundan sonra isə kiçik bir dövr ərzində səviyyə 2.5 metr artıb və 1995-ci ildən başlayaraq, dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlanılıb. Lakin müəyyən müddətlərdə 2000-ci ilin əvvələrində bir neçə il ərzində suyun səviyyəsi yenidən artmağa başlayır. 2005-ci ildən isə davamlı olaraq dəniz səviyyəsinin azalması müşahidə olunur.

Hazırki dəniz səviyyəsi 1977-ci ildə olan səviyyəyə çatmayıb. Yəni həmin ildə suyun səviyyəsi daha aşağı həddə idi. Bunun əsas səbəbi isə dənizin hövzəsinin iqlimi və ekoloji şəraitdir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə