"Sirkə tökülən qaba, süd tökməzlər" - FUAD NURULLAYEV

"Sirkə tökülən qaba, süd tökməzlər" - FUAD NURULLAYEV

"İnsanın namaz qılıb, oruc tutması özünün azad ixtiyarıdır. Yəni insan müsəlmandırsa, dininə xas olanları bilir, bilməsə də bunları öyrənməlidir. Eyni zamanda, haram və qadağalardan da çəkinmək lazımdır. Bir insanın həm Allaha, həm də şeytana yaxın ola biləcəyini düşünmürəm. İnsanlar çalışırlar ki, Ramazan ayında öz nəfsini cilovlayıb, mübarizə aparsın". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, insan Ramazan ayında istifadə etdiyi haramlara tövbə edir və oruc tutur: "Allah bu halda da həmin insanın mükafatını verəcək. Amma insan günah edə-edə oruc tutub, namaz qılarsa, o, ibadətini zay edər. Əgər bir qaba sirkə tökülübsə, ora süd tökməzlər. Çünki süd həmin qabda çürüyüb, xarab olar. Yəni İlahi sevgini yaşatdığın qəlbdə, şeytana yer verilməz. Həm günah, həm savab işlə məşğul olan insan yəqin ki, normal deyil. Günahı olan insan səhvlərini başa düşüb, tövbə etdikdən sonra savab işləri məqbul olar. Bu baxımdan da Ramazan ayı məhz insanları nəfisləri ilə sınağa çəkir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə