Sürət həddinin azaldılması tıxacı artırır? - QURUM RƏSMİSİ AÇIQLADI
"Şəhərdə yollardakı son dəyişikliyi nəzərdə tuturuqsa, sürət həddi tıxacı artırmır. Tıxacı artıran daha vacib və ciddi səbəblər var ki, onların aradan qalxması vəziyyəti həll edə bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, məsələn sürət həddi 60 km/saat yolda hərəkət 50 km/saat düşübsə və əgər həqiqətən həmin o yolda 50 km/saat hərəkət sürətində normal hərəkət etmək mümkündürsə? tıxac olmaz: "Tıxac o zaman əmələ gəlir ki, hərəkət sürəti 5-10 km/saat qədər düşür. Yəni, sıxlıq yaranır və hərəkət dayanır. Sıxlıq belə, yolun hərəkət sürətinin 10 km/saat qədər yaxınlaşması nəticəsində deyilən bir fikirdir. Ona görə də yollarda hərəkət sürətinin azaldılmasının tıxaca səbəb olması yanlışdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB