Saheldə 1 milyona yaxın uşaq qida çatışmazlığı riski altındadır.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən verilən açıqlamada 2023-cü il Mali, Niger və Burkina Fasoda təxminən 970 min uşağın artan ərzaq qiymətləri, münaqişələr və iqlim dəyişikliyinin təsirləri səbəbiylə kəskin ciddi qida çatışmazlığı riski ilə üzləşdiyi deyilir.
Bəyanat hökumətləri uşaqların qidalanmasını milli prioritet halına gətirmək və qida çatışmazlığı ilə mübarizə üçün milli investisiyaları artırmağa çağırıb.
Nigerdə təxminən 430 min uşaq qida riski altındadır. Malidə yarı ac uşaqların sayı 367 mindir.
Sahel ölkələrində Burkina Faso, Çad, Qambiya, Mavritaniya, Mali, Niger, Nigeriya və Seneqal ilə Kamerunun şimalında 2022-ci ildə qida çatışmazlığı səbəbindən xəstəxanaya müraciət edən uşaqların sayının 2021-ci ilə nisbətən 31 faiz artaraq 1,9 milyon artdığı bildirilib.
Xatırladaq ki, UNİCEF 2023-cü ilin mart ayında Saheldə 10 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu açıqlamışdı.
SİA-nın əlavəsi Sahel - Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savannadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB