"Yüksəliş" müsabiqəsinin bu gün keçirilməli olan imtahanında texniki problem yaşanıb

"Yüksəliş" müsabiqəsinin bu gün keçirilməli olan imtahanında texniki problem yaşanıb

"Yüksəliş" müsabiqəsinin bu gün saat 11:00-da keçirilməli olan sınaq imtahanında texniki problem yaşanıb. SİA xəbər verir ki, serverdə yüklənmə olduğundan çox sayda iştirakçı imtahanda iştirak edə bilməyib.

"Yüksəliş" müsabiqəsindən bildirilib ki, iştirakçıların imtahan portalına qoşulmasında texniki məhdudiyyət yaranması səbəbindən sınaq imtahanının yenidən keçirilməsi bu gün 16:00-a təyin olunub. İmtahan portalına giriş saat 15:00-da aktiv olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə