“Təbiət sənin gözündə” müsabiqəsinin qalibləri müəyyənləşib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan edilən “Təbiət sənin gözündə” müsabiqəsinin qalibləri məlum olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, “Su mənbələri sənin gözündə” mövzusuna həsr olunmuş müsabiqə çərçivəsində göndərilən 100-dən artıq fotodan tələblərə uyğun 63 şəkil səsvermə mərhələsində iştirak edib.
Aprelin 1-dən 3-dək olan dövrü əhatə edən səsvermə mərhələsində ilk 3 yerin qalibi müəyyənləşib. Səsvermə mərhələsində ilk 15 yerin sahiblərinə sertifikat, qaliblərə isə mükafat təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB