Maşındakı tibbi yardım çantası necə hazırlanmalıdır? - QURUM RƏSMİSİ AÇIQLADI

Maşındakı tibbi yardım çantası necə hazırlanmalıdır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Nəqliyyat vasitəsində olan xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusunun tərkibi Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr 399 nömrəli təstiq edilmiş qərarı ilə tənzimlənir. Qeyd etdiyim qərarda tibbi yardım çantasında lazım olan ləvazimatların siyahısı göstərilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, xüsusi komplektləşdirilmiş ilk tibbi yardım qutusu ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə 10 manat məbləğində cərimə nəzərdə tutulub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə