"Quranda "Xəstəlik səbəbindən oruc tutmamalıdırlar" deyə istisna hal var. Bu Quranda görünən və bilinən bəlli bir ayədə öz əksini tapıb. Orada səfər də vurğulanıb. Yəni, xüsusi səfərə gedən, evindən, yaşadığı yerdən uzaqlaşan insan yola çıxırsa, oruc tutmaya bilər. Bu da ayənin özündə məhz Orucluqla bağlı ilahi göstərişdə istisna hal kimi vurğulanıb". Bu sözləri SİA-ya açıqlamasında Hacı Təyyar Hüseynli deyib.
Onun sözlərinə görə, əgər doğrudan da insanın xüsusi xroniki xəstəliyi varsa, yəni şəxs il uzunu davamlı xəstə olursa, həkim təyinatı ilə imsakdan iftara qədər qida və sudan imtina edəcəksə, həb qəbul etməyəcək və orqanizmində ciddi fəsadlar yaranacaqsa bu halda oruc tutmamalıdır: "Bura əsasən şəkər xəstələri aiddir. Amma ayədə bu da var ki, digər günlərdə tutmadığının qəzasını, yəni, bərpasını edə bilər. Allah-təala insana izah etmək istəyir ki, yəni üzrlü səbəbdən tutmasan belə bu sənin məsləhət bilinən göstərişindir və bunu digər vaxtlarda bərpa edərsən.
Misal üçün deyirlər ki, "Xəstəyik bizə iynə vurulmalıdır". İslam dinində var ki, qidalandırıcı vitaminlər xaric bütün dərmanlardan, yəni, iynələrdən, iynə vasitələrindən istər əzələ daxilinə, istərsə də damar daxilinə antibiotik və vitamin olmayan iynələri belə xəstələr müalicəsi üçün oruclu halda qəbul edə bilər. Diş çəkdirmək, keyidicilərdən istifadə etmək də bura aiddir. Mənə bu barədə həkimlər də müraciət edir.
İnsan var ki, bunları bəhanə edir ki, "Mən bir az xəstəyəm", "Əməliyyat keçirmişəm", "Mənə olmaz", "Mən özümü yaxşı hiss etmirəm". Yəni oruc tutmamaq üçün bəhanə kimi bu Allah-təalanın qatında da ciddi nöqsan qəbul olunur. Heç bir səbəb olmadan, bəhanə gətirərək öz nəfsinə sahib çıxa bilmədən oruc tutmursa bir günə, 61 gün ilahidən o cərimələnir. 61 gün üstü gəlir ki, tutmalıdır. Yaxud 60 ac, yetim doyuracaq qədər onun maddi təzminatını ehsan etməlidir. Bir çox bu cür ilahidən də bir cəza planları var. Xəta ilə bağlı ona da müəyyən mənada dini istər maddi cərimə, istər mənəvi öhdəlik kimi nələrsə nəzərdə tutulur".
Hacı Təyyar Hüseynli sözlərinə belə davam edib: "Mən düşünürəm ki, elə şəkər xəstələri var ki doğrudan da 1-ci tipdir, onlar insulin, qida qəbul etməlidir. Yoxsa şəkəri düşə bilər. Onlar istisnalar sırasındadır. Digər şəkər tipləri isə oruc tuta bilər. İnanın ki, 1-ci tip xaric ağır xəstə kimi insulin asılılığı varsa, 2-ci tip və yaxud da ki 3-cü tip o şəkər meylliliyin dərmanı oruc tutmaqdır. Artıq çəkidən əziyyət çəkən, xüsusilə qan təzyiqi ilə bağlı problemləri olan insanlar üçün oruc tutmaq çox faydalıdır.
Mən bütün insanlara məsləhət görərdim ki, ciddi səhhətdə təhlükə probleminin mütəxəssis həkim tərəfindən qadağası olmazsa, oruc tutsunlar. Ümumiyyətlə isə Orucluq gözəllik dünyasıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB