"Qlobal müstəvidə baxdıqda görürük ki, xüsusilə XX əsrdən etibarən dünyanın müxtəlif bölgələrində din təkcə mənəviyyat mövzusu kimi deyil, eyni zamanda, təhlükəsizlik mövzusu olaraq önə çıxmağa başladı". SİA xəbər verir ki, bu gün keçirilən “Din və qlobal təhlükəsizlik” adlı konfransda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.
Onun sözlərinə görə, bunun müxtəlif səbəbləri var: "Təəssüf ki, islam dünyasında XX əsrin ikinci yarısından başlayaraq radikal qruplaşmaların aktiv şəkildə artdığını müşahidə edirik. Əlbəttə ki, nə xristianlıq, nə islam, nə də digər böyük dinlər insanları zorakılığa sövq edə bilməz. Onların hər biri sülh dinidir. Bütün bunlar onu göstərir ki, dinlərin səhv şərh edilməsi məhz bu radikal qruplaşmaların ortaya çıxma səbəblərindəndir. Digər bir səbəb isə müxtəlif ölkələrdə siyasi hakimiyyətlərin dini istismar etməsidir. Bunun nəticəsində də terror qruplaşmalar yaranır. Həmin siyasi hakimiyyətlər başa düşmür ki, bu terror qrupları nəticədə özlərinə tərəf dönəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB