"İran Azərbaycan məscidlərinə öz adamlarını yerləşdirməyə çalışıb" - QURUM RƏSMİSİ BİLDİRDİ
"İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bunun qarşısını almaq üçün dini komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb". SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.
M.Qurbanlı qeyd edib ki, məscidlərə təyinat səlahiyyəti komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb, 118 din xadimi isə işindən uzaqlaşdırılıb.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB