"Azərbaycanda islami dəyərlər əhəmiyyətli yer tutur" - SƏDR DANIŞDI

"Azərbaycanda islami dəyərlər əhəmiyyətli yer tutur" - SƏDR DANIŞDI

"Biz müstəqilliyimizi qazandığımız ilk dövrlərdə ölkədə baş verən hadisələr xarici dairələrin din adı altında ölkəmizə müdaxiləsinə gətirib çıxardı. Müstəqilliyimizi bərpa etməmişdən qabaq Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam mədrəsəsi təsis etmişdi". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, ilk dəfə olaraq Azərbaycanda din sahəsində kadr hazırlığı orada həyata keçirildi: "Daha sonra həmin mədrəsə Bakı İslam Universitetinə çevrildi. Çox təəssüf ki, həmin dövrdə Bakı İslam Universitetində təhsil ödənişli idi. Təhsilin ödənişli olması kadrların dini təhsil almaq üçün təhsilin ödənişsiz olduğu ölkələrə getməsinə səbəb oldu. Müstəqillik qazanandan sonra öz dəyərlərimizi qayıdırdıq. Azərbaycanda dini dəyərlər sırasında islami dəyərlərimiz əhəmiyyətli yer tutur. Təbii ki, kadrların başqa ölkələrdə təhsil alması nəticə etibarilə onların həmin ölkələrin dövlət-din mpdelini mənimsəməsinə gətirib çıxarırdı".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə