Kuzey Kıbrıs Türk Cümhuriyyətində mətbuat konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş Nazir Müavinliyi, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunçun iştirak ilə turizm sektoru ilə bağlı baş tutub.
İlk öncə Türkiyə turizm potensialına aid tanıtım filmi göstərilib.
Daha sonra çıxış edən Serhan Aktunç könüldən bağlı olan iki xalqın ekonomi baxımdan da əlaqələnməsini çox istərdim: "Turizm, iqtisadiyyat sahələri baxımından bu iki dövlət arasında münasibətlərin başlanğıcı olmasını istəyirəm. Mən təhsili də bir turizm olaraq görürəm. Azərbaycan tələbələrinə ödənişsiz təhsil də veririk. Bu baxımdan da Azərbaycan xalqına böyük bir dəstəyimiz var. Amma son zamanlarda rəqabət çoxalıb. Türkiyə Cümhuriyyətində universitetlərin sayının çoxalması Kuzey Kıbrısa gələn azərbaycanlı tələbələrin sayının azalmasına təsir göstərib. Bunu təkrardan canlandırmaq üçün müəyyən işlər görürük. Əgər Kuzey Kıbrısla Azərbaycan arasında olan yaxınlığı əvvəlki səviyyəyə qaldırsaq, ölkəmizə gələn azərbaycanlı tələbələrin sayının artmasına da nail ola bilərik".
Müşavir onu da qeyd edib ki, üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir: "Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir".
Serhan Aktunç sözlərinə davam edərək bildirib ki, turizm getdikcə daha çox inkişaf edir: "Mən ilk dəfədir ki, Bakıya gəlirəm. Burada insanların maddi imkanının müxtəlif olduğunu gördüm. Şimali Kiprdə həm imkanı yüksək, həm də zəif insanlara uyğun otellərimiz mövcuddur. Hesab edirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur".
Konfransın sonunda Serhan Aktunç jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB