"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası davam edir
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" şüarı ilə start verilən aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, eləcə də Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aksiya zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sözügedən su hövzələrindən 1635 metr uzunluğunda 45 ədəd sintetik tor götürülüb.
Nazirlik vətəndaşları "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB