“Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.
Onun sözlərinə görə, işçilərin xahişi ilə arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək bir il ərzində ödənişli məzuniyyət verilir: “Atalıq məzuniyyəti məcburi deyil və işçinin xahişi ilədir".
Şamil Paşayev sözlərinə belə davam edib: “Əgər qadının doğuşla əlaqədar bir məsələsi olursa, kişi xəstəxananın qeydiyyat şöbəsindən arayışı alıb iş yerinə təqdim edə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB