Mövsümü duyğu dəyişimləri hansı aylarda olur? - DİQQƏT! - PSİXOLOQ DANIŞDI
"Mövsümi olaraq insanların duyğularında dəyişimlər olur. Bu daha çox sentyabr-oktaybr və mart-aprel aylarına təsadüf edir. Bu aylarda duyğu dəyişimi olduğuna görə, insanların depressiyaya meyillənməsi də daha aktual olur. Bu dövr insanlarda aqresiyya, stresin artması kimi özünü büruzə verir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, birdən-birə soyuqdan istiyə, istidən soyuğa keçmək insanların psixologiyasına öz təsirini göstərir: "Mövsümi duyğu pozğunluğu isə daha çox depressiyaya meyilli olan insanlar üçün aktualdır. Psixologiyada duyğu pozğunluğu narahatlıq düşüncə problemləri ilə başlayır. Düşüncələrdə yaşadığımız sıxıntılar birbaşa duyğularımız da təsir edir. Düşüncə, duyğu və davranış bir üçbucaqdır. Birinə olunan təsir, digərində də özünü göstərir. Lakin bu proses hər insan üzərində təsirə malik deyil. Psixi narahatlığı olan şəxslər üçün daha xarakterik haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB