Azərbaycanda daha 85 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 85 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 85 yeni yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 955 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, 10 189 nəfər vəfat edib, aktiv xəstə sayı 456 nəfərdir.

Ölkədə son sutka ərzində 1 353, hazırkı dövrədək isə 7 562 699 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə