Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır

Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır

Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 57-dir.

SİA-nın məlumatına görə, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. 27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.

Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş verib. Hazırda geomaqnit sahə sakitdir (2Kp).

Geomaqnit sahəsinin 3-5 və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə