"Ümumiyyətlə, Ramazan ibadət ayıdır. İbadətdə bütün savab və xeyirli işlər, müsbət addımlar, yaradana xoş gedə biləcək əməllərdir". Bu sözləri SİA-ya açıqlamasında Hacı Təyyar Hüseynli deyib.
Onun sözlərinə görə, bilirik ki, Ramazan ayında imsak dediyimiz süfrələr olur: "Yaxud da axşam iftar süfrəsi olur. Bu süfrələrdə qidalara ehtiyac yaranır. Mənim daha səmmi və isti münasibət təklif etdiyim savablardan biri ilk olaraq yaxın qohum və qonşuları axtarıb aramaqdır. Buyrulur ki, insanlar bir-birindən 3-7 gündən gec xəbərsiz qalmamalıdır. Ola bilər ki, bu 3-7 gün ərzində yaxın qohum, yaxud qonşu hər hansı bir səfərə getsin. Onların maddi-mənəvi halından xəbərdar olmaq, araşdırmaq lazımdır".
Hacı Təyyar Hüseynli sözlərinə belə davam edib: "İmsak süfrələrinə lazım olan nə varsa, həmin o insanlar üçün almaq lazımdır. Bunun üçün də çox vəsaitə ehtiyac yoxdur. Məsələn, imsak üçün onlara bir neçə yumurta və biraz pendir və s. alsaq kifayət edər. Bu böyük savabdır. Hətta oruc olmayan insanlara da bunu etmək savabdır. Bununla qəlblər də sevinər. Çünki imsak və iftar süfrələri yaradanın bizə il ərzində bəxş etdiyi ən qeyri-adi süfrədir.
Elə ibadətlər var ki, iftardan sonra olur. Orucluq ildə bir dəfə olan gözəllik, birlik və həmrəylik dünyasıdır. Oruc vaxtı insan daha xeyirli işlər etməlidir. Məsələn, qohum-əqrabada xırda ehtiyaclar var ki, onlara da yardım etmək olar. Əgər bu onun üçün çox, sizin üçün az bir məbləğdirsə kömək etmək və onu bu sıxıntıdan azad etmək savabdır. Yaxud qohum-qonşuda xəstə varsa, orucluq zamanı onun bir aylıq dərmanlarını almaq, ya da həkimə aparmaq böyük savabdır. Bu ay bir fürsətdir. Bu ayda bir ayə Quran oxumaq, bütövlükdə Qurani-Kərimi oxumağa bərabərdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB