“Azərbaycanda Rektorlar Konfransının yaradılması”: İdarə heyəti üzvlərinin görüşü keçirilib
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində tədris, elm, beynəlxalq əlaqələr, tələbə və məzunlarla iş, strateji idarəetmə istiqamətləri üzrə təsis edilmiş komitələrin idarə heyəti üzvlərinin görüşü keçirilib.
Görüşdə layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin idarə heyətində təmsil olunan prorektorları və digər məsul şəxsləri iştirak ediblər.
Tədbirin məqsədi komitələrin hesabatlarının dinlənilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması olub. Belə ki, iclasda komitə sədrləri tərəfindən əsasnamələr, fəaliyyət planları idarə heyətinə təqdim edilib, komitələrin fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzərdə tutulan layihələr barədə məlumat verilib, qarşıqlıqlı müzakirə və təcrübə mübadiləsi həyata keçirilib.
Yekunda növbəti günlərdə komitələrin qarşısında dayanan tapşırıqlar, görüşlər və onların icra müddətləri müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB