2023- cü il mart ayının 29-da Qarabağ Müharibəsi iştirakçısı- qazi Etibar Hüseynovun ailəsində qüdrətli Azərbaycanın əkiz əsgəri dünyaya gəlib. Əkizlərə Etibar və Məhəmməd adi verilib. Hazırda ailədə xoşbəxtlik anlar yaşanır. Əkizlərin babası Etibar müəllimin sevincinin həddi-hüdudu yoxdur. Söhbət zamanı deyir ki,ömrünü dövlətimizə həsr edib, birinci Qarabağ müharibəsində torpaqlarımızı azğın düşməndən müdafiə etmək üçün dəfələrlə ağlr yaralanıb. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə orden və medallarla təltif olunub. Vətənə, torpağa olan sevgisini övladlarına da sevdirib. Oğlu Əlini bu sevgi ilə böyüdüb, boya-başa çatdırıb. Oğlunun da vətəninə, xalqına sədaqətlə xidmət etməsi üçün polis orqanında işləməsində əməyi böyük olmuşdur. Etibar Hüseynov deyir ki, nəvələrim tez böyüsəydi, dövlətimiz tərəfindən orden və medalların nə üçün mənə verildiyini, nə üçün döyüşdüyümü, erməni vəhşilərini necə məğlub etdiyimizi nəql edərdim. Etibar və Məhəmmədə də atası Əli kimi öz xalqını sevməyi, dövlətimizə şərəflə xidmət etməyi öyrədəcəyəm.
Biz də redaksiya kollektivi olaraq, babaları Etibarı və İbrahimi, nənələri Gülnarə və Kəmaləni, bibisi Güneli, xalaları Xanım və Sevinci, atasl polis serjantı Əlini və anası Laləni ürəkdən təbrik edir, sağlam həyat arzu edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB