Bu ilin yanvar-fevral aylarında “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 8,9%-i aşağı qaz istifadəsi üçün 1-ci limiti (1 200 kubmetrədək) keçib.
SİA xəbər verir ki, bunu İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib. O, qeyd edib ki, hazırda “Azəriqaz” İB-nın abonentlərinin sayı 2,5 milyona çatıb.
İB-də nizam intizam qaydalarına nəzarətin daha da gücləndirildiyinə diqqət çəkən şöbə rəsisi qeyd edib ki, bu ilin 3 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib. Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB