Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq - DİQQƏT! - BNA
02.04.2023-cü il tarixində saat 08:00-dan 22:00-dək Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. SİA xəbər verir ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilərək, iki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətində fəaliyyəti təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB