Bakı metrosunda kimyəvi buxarlanma olub

Bakı metrosunda kimyəvi buxarlanma olub

"Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub.

SİA xəbər verir ki, “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

“Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə