Qida üzrə baş mütəxəssis Ağa Salamovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Sahurda qidalanmamıza necə diqqət etməliyik? Süfrədə nələr olmalıdır?
- Sahurda duzlu qidalara üstünlük vermək olmaz. Bura pendir, şoraba, konservləşdirilmiş məhsullar, işlənmiş ət məhsulları və s. aiddir. Nəzərə alsaq ki, biz gün ərzində susuz qalırıq və bu susamağa gətirib çıxaracaq, ona görə də duzlu qidalardan uzaq durmalıyıq. Duzsuz kəsmik, kərə yağı kimi kimi ağartı məhsulları var ki, bunlardan istifadə etmək lazımdır.
Bundan əlavə sahur qidaları içində başda yumurta gəlir. Yumurta əvəzolunmaz yağ turşuları ilə zəngindir. Yumurtada olan xolin beyin fəaliyyətinin işləməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, orucluqda insanlar saatlarla ac qalır və iş fəaliyyəti ilə məşğul olur ona görə də yumurta çox vacibdir. Həm də yumurta gün ərzində insanları tox tutur.
Yumurtadan başqa sahurda zeytun yağında olan zeytun olsa yaxşı olar. Bununla yanaşı, meyvə quruları da lazımdır.
Sahur üçün yaxşı olar ki, kəpəkli undan evdə bişmiş çörək olsun. Çünki burada rüşeym qismi ayrılmır və zülal tərkibli olur. Yəni, qida daha faydalı olur. Dükan çörəkləri boş karbohidratdır. Onların tərkibində heç bir vitamin və mineral yoxdur.
Liflərlə zəngin olan qidalar da sahurda vacibdir. Bunlara mövsümi tərəvəz və meyvələr aiddir. Çünki bağırsaq florasının bir nömrəli dostu liflərdir. Lifli qidalar bağırsaqda tez həzm olunduğundan köp və şiş yaratmır. Bu da insanın özünü gün ərzində rahat hiss etməsinə gətirib çıxarır və bağırsaqlarda serotonin hormonunun ifrazına dəstəkçi olur ki, bu da xoşbəxtlik hormonudur. Bununla da insan özünü daha gümrah hiss edir.
Bəzən olur ki, insanlar oruc olduqda çox aqressiv və əsəbi olur. Bu da sahurda düzgün qidalanmama ilə əlaqəlidir.
- Bəs, iftar zamanı qida rasionumuza nələr daxil etməliyik?
- İftar su və xurma ilə açılmalıdır. Yaxud əncir də olar. İnsan gün ərzində susuz qaldığı üçün qanda müəyyən qədər laxtalanma gedir. Su ilə açılan iftar da qanda durulanma aparır. Ona görə də sahur və iftarda saf su içilməlidir ki, qan laxtalanmasın.
Daha sonra şorbalar içə bilərik. Lakin tomatlı şorbalardan uzat durmalıyıq ki, bizi narahat etməsin. Tomatın yerinə pomidor əlavə etmək olar. Şorbadan sonra isə bir qədər fasilə vermək lazımdır. Həmən ikinci yeməyə keçmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, mədə bu ərəfədə çox qida qəbul etmək qabiliyyətində deyil. Birdən-birə mədəni yükləmək olmaz.
Şorbadan 15-20 dəqiqə sonra ana yemək olan ət, toyuq və balıq kimi məhsullara keçə bilərik. Xüsusilə balıq yüngül məhsul olduğu üçün faydalı və yüngül qidadır. Sadəcə bunlar qızartma olmalı deyil. Çünki qızartma yeməklər xərçəng hüceyrəsinin yaranması üçün təhlükəlidir. Daha çox soba və qazan yeməklərinə üstünlük versinlər. Az su ilə pörtləmə ideal seçim ola bilər.
Bir də bu məhsullar təzə olmalıdır. Oruc tutan insanın yeməyini günortadan bişirib axşama saxlamaq olmaz. Bir şərtlə saxlaya bilərlər ki, yemək bişən kimi tez soyudularaq soyuducuya qoyulsun və axşam bir dəfə isidilib istehlak edilsin.
- İmsak vaxtı oyanmasaq, ona kimi az-az yemək yesək və imsakda oyanmasaq olar?
- Bəzən oruc tutan insanlar yatmır. Bu da yorğunluq və yuxu porblemlərinə səbəb olur. Yaxud özlərini yaxşı hiss etmirlər. Yuxu qidalanmada önəmli faktorlardan biridir. Nəzərə almaq lazımdır ki, İslam aləmində üçüncü göz deyirlər ki, o beyinin tən ortasında yerləşir və Allahın yaratdığı möcüzəvi bir vəzdir. Bu işığı hiss edən vəzdir və həm də melatonin hormonunu ifraz edir. Melatonin hormonu da qaranlıq otaqda dərin yuxuya gedəndə ifraz olunur. Bu hormonun ifrazı da insanların sağlamlığı üçün çox faydalı və önəmlidir.
Saat 11-dən 4-ə kimi insanlar yatmalıdır. Gecə yuxusunu mütləq almaq lazımdır. Az-az yemək də düzgün deyil. Bu adam sahura qədər az-az yemək yeyirsə, deməli yatmır.
Yatmamışdan 4 saat əvvəl yeməyi yekunlaşdırmaq daha məqsədəuyğundur.
- Hansı yeməklərdə hansı yağlardan istifadə etməliyik?
- Yağlar çeşidlərə ayrılır. Ən zərərli yağlar hidrogenlə doydurulmuş trans yağlarıdır. Bu yağların insan orqanizminə heç bir faydası yoxdur və əksinə ürək, qan-damar sistemi xəstəliklərini ortaya çıxarır. Bu xəstəliklərdə də Azərbaycan birinci yerdədir. İnsan nə yeyirsə, odur.
Keçmişdə trans yağ yox idi. Nənə-babalarımız quyruq yağı yeyir, kərə yağını əridib saxlayırdılar. İndi bunu edən qadınların sayı çox təəssüf ki azdır. İndiki xanımlar ət məhsullarını bitki mənşəli yağlarla bişirirlər. Heyvan mənşəli mənsullar heyvan mənşəli yağlarla bişməlidir. Bu yağların zərəri yoxdur.
Zeytun yağında olan faydalar heç bir yağda yoxdur. Hətta kosmetik vasitələrdə də zeytun yağından istifadə olunur. Bütün bunlar zeytun yağının nə qədər çox faydalı olduğunun sübutudur. Tərəvəzlərin bişirilməsində zeytun yağından istifadə etməliyik. Tərəvəzləri çox qızartmaq olmaz. Çünki bu da xərçəng hüceyrəsinə səbəb ola bilər. Bunu həkimlər də təstiq edir.
Zeytun yağı yeganə yağdır ki, 250 dərəcəyə qədər dözür və kimyəvi tərkibini dəyişmir. Amma bu bir şərtlə olur ki, zeytun yağında qızardılan karbohidartlar tam qızardılmamalıdır. Bunlar biraz pörtlədilməlidir.
- Ətin bişmə dərəcəsi necə olmalıdır?
- Steyk ətlər tamamilə fərqlidir. Bu 28 gün sonra yeyilə bilər. Bu ət dincəldiyinə görə soyuducuda olan himalay duzu vasitəsilə ət quruyur və mikroblardan uzaq olur. Artıq qan orada quruyur.
Ətin bişmə dərəcələri var ki, bunlar da zövqə fərqlidir. Az bişmiş ət rəngli görsənir və qanın suyu axır. Bu əslində qan deyil şirədir ki, faydası var. Steyk yemək istəyən insan onu anlayıb sonra yeməlidir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB