Evdə müsbət auranı necə həyata keçirmək olar? - PSİXOLOQ DANIŞDI

Evdə müsbət auranı necə həyata keçirmək olar? - PSİXOLOQ DANIŞDI

“Evdə auranın yaxşı olması üçün insanların özlərinin də pozitiv olması vacibdir. Bu o demək deyil ki, heç bir problem yaşanılmamalıdır. Sadəcə bir evdə yaşayan insanlar arasında mənfi emosiyalar olmamalıdır, əks təqdirdə bu bütün evin aurasında öz mənfi təsirini göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, ailə üzvlərinin bir-biri ilə yüksək danışması da auraya da təsir edən məqamlar sırasındadır: “Mənfi aura ötürmək insanın özündən asılı deyil və həmin şəxs bunu hiss etmir. Təbii ki, bu auranı dəyişmək mümkündür, lakin hər kəsin bunun fərqinə varması müşkül məsələdir. Bir evdə çox adam yaşadıqda və ya həmin evə çox get-gəl olması da evin abu-havasına təsir edir. Bunlardan əlavə olaraq evdə köhnə əşyalar saxlamamağa diqqət edilməli, evin daim təmiz saxlanılmasına xüsusi fikir verilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə