Martın 29-da Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Nəriman Nərimanov adına şəhər 2 nömrəli tam orta məktəbdə 31 mart Azəbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixi yaddaşımızdan silinməyən Soyqırım” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşı Gülər Piriyeva bildirib ki, 31 mart soyqırımı erməni şovinizminin azərbaycanlılara qarşı etnik düşmənçilik siyasətinin qanlı təzahürü kimi tarixin yaddaşına həkk olunub.
Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova şagirdlərin diqqətinə çatdırıb ki,1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, memarlıq abidələrini dağıdıblar. O,çıxışında qeyd edib ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB