Hamilə xanımlar bu qidaları istifadə edərkən diqqətli olmalıdır - MÜTƏXƏSSİS DANIŞDI
"Hamiləlik dönəmində qidalanma həm öz sağlamlıqları, həm də dünyaya göz açacaq körpənin sağlamlığı baxımından çox əhəmiyyətlidir. Alınan bütün məhsulların mənşəyinə diqqət edilməlidir. Bundan əlavə məhsulun hazırlanma qaydası, saxlanılma yeri də mühüm əhəmiyyət kəsb edən məqamlardır. Hamilə olarkən orqanizm normaldan daha həssas olur. İlk növbədə hamilə xanımlar mövsümi meyvə-tərəvəzlərə üstünlük verməlidir. Bəzi hallarda mövsümündə olmayan hər hansı meyvəni ürəkləri istəyə bilir, lakin həmin meyvə-tərəvəzin mövsümündə olmadıqda mütləq şəkildə kimyəvi dərmanlar vasitəsi ilə yetişdirilir. Bu isə ananın orqanizminə keçərək, dölün də zəhərlənməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, dəniz məshulları seçərkən diqqətli olmaq vacibdir: "Bir çox hallarda Omega 3 ilə zəngin olan dəniz məhsullarını həkimlər hamilə xanımlara tövsiyyə edir. Belə olan halda balıq və digər dəniz məhsullarını mənşəyi bəlli olan yerlərdən almaq lazımdır. Çünki dəniz məhsulları bəzən ağır metal dediyimiz Civə ilə zəngin olur ki, bu həm insanın, həm də ana qarnındakı dölün sağlamlığı baxımından çox zərərlidir. Eyni zamanda balıq yaxşı bişmiş şəkildə yeyilməlidir. Çay balıqlarına üstünlük vermək daha doğru olar. Ümumilikdə isə heyvan mənşəli qidalardan az bişmiş formada istifadə etmək qətiyyən olmaz. Bu sıraya yumurta da daxil edilir.
Hamilə xanımlar süd və süd məhsullarından istifadə zamanı da diqqətli olmalıdır. Bəzən kənd məhsulu olduğu düşünülərək diqqət edilmədən istifadə edilir. Hansı ki, bu tip məhsulların qəbul etməzdən öncə hansı şəraitdə hazırlanması, saxlanma şəraiti və qabı kimi bir sıra məsələlərə bələd olmaq lazımdır. Çünki əks təqdirdə qəbul edilənlər hamilə xanımın və dölün zəhərlənməsinə səbəb ola bilər.
Bilib-bilmədən bitki çaylarından istifadəyə yolverilməməlidir. Çünki bəzi bitkilərin xeyri qədər, yan təsirləri də mövcuddur. Hansı ki, bu bəzən hamilələyin sonlandırılmasına belə gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB