Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat təşkil edib.
Bu barədə SİA-ya Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, paytaxtda orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 % artıb.
Xatırladaq ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8 % artaraq 856,2 manata çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB