“Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir" - QURUM RƏSMİSİ AÇIQLADI

“Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Xüsusən də bayram öncəsi qiymət qalxır və belə də davam edir. Cənab Prezident iqtisadi yığıncaqlarda daim ölkənin əmtəə bazarında kartel sövdələşmələrinin, israfçılığın olduğunu söyləyir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müəyyən qərarlar verilir: “Lakin bu işə cavabdeh olan dövlət orqanları demək olar ki, bu istiqamətdə heç bir iş görmür. Qiymətlər yüksələn xətlə davam edir, meyvə-tərəvəz bazarında da bu proses özünü göstərir. Ümumiyyətlə getdikcə fərdi kənd təsərrüfatı artıq aradan çıxır. Kənd təsərrüfatı məhsulları böyük istehsalçıların əlində birləşir. Onlar isə kartel sövdələşməsinə gəlinməsinə asanlıqla nail olurlar. Belə bir şəraitdə isə təbii ki, qiymət artımı baş verir. Keçən illə müqayisədə meyvə-tərəvəz bazarında qiymət 20 faiz artıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə