"İlk iş günü özümüzdən hər zamankı potensialı gözləməməliyik" - PSİXOLOQ DANIŞDI
"Adətən istirahətdən sonra insanın güc toplayaraq, yeni enerji ilə işə başlayacağı barədə eşidirik. Lakin reallıqda belə olmur. Çünki insan mənəvi və fiziki olaraq müəyyən müddət ərzində rahatlığa öyrəşir. Bu rahatlıqdan sonra isə işə qayıtmaq təbii ki, orqanizm və psixologiya üçün bir stress olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, məzuniyyətdən dərhal sonra işə çıxmamağı məsləhət görürəm, yəni özləri üçün əlavə iki ayıraraq, adaptasiya dövrünü evdə, işə hazırlaşmaqla keçirsinlər: "Təbii ki, bu dövr ərzində yuxu rejimi də olduqca vacibdir. Yəni sona saxladığımız iki gün ərzində yuxumuza da diqqət etməliyik. Bu zaman daha tez yatmaq və səhər işə getmək üçün oyanacağımız vaxtdan 20-30 dəqiqə daha tez oyanmaq lazımdır.
İmkan daxilində çalışmaq lazımdır ki, ilk iş günü ağır işlər deyil, daha yüngül işlər həyata keçirilsin. Biz ilk iş günü özümüzdən hər zamankı potensialı gözləməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB