"Uşağı yormadan onu motivasiya etməyin yolunu tapmaq lazımdır" - PSİXOLOQ DANIŞDI

"Uşağı yormadan onu motivasiya etməyin yolunu tapmaq lazımdır" - PSİXOLOQ DANIŞDI

"İmtahan tələbələr və şagirdlər üçün hər zaman faciə kimi qiymətləndirilir. Onlar bu prosesi dəhşətli bir hadisə olaraq xarakterizə edirlər. Lakin hər hansı bir şagird yaxşı nəticə göstərmirsə, ilk növbədə bunu analiz etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, uşağı danlamaq, psixoloji şiddət göstərmək düzgün deyil: "Bunun əvəzinə prosesi analiz edib, hansı fəndən yaxşı, hansından daha pis nəticə göstərdiyinə baxaraq, problemə həll yolu axtarmaq lazımdır. Eyni zamanda bu dövrdə müəllim ilə də sıx əlaqə saxlamaq və yaxşı nəticəyə çata bilmək üçün birgə çalışmaq şərtdir.

Ümumiyyətlə uşağı yormadan onu motivasiya etməyin yolunu tapmaq lazımdır. Təbiidir ki, bir uşaq üçün motivasiyaya səbəb olan söz, digərini ruhdan sala bilər. Bu baxımdan da valideynlərin uşaqlarını yaxından tanıya bilməsi mühüm önəm kəsb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə