Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır? - MÜTƏXƏSSİS AÇIQLADI
ABŞ-ın Yuta ştatında yaşı 18-dən az olan uşaqlara axşam saat 22:30-dan səhər saat 6:30-a kimi sosial şəbəkələrdən istifadəni qadağan etmək istəyirlər. Bu nə dərəcədə düzgündür? Bu metod bizdə tətbiq edilsə necə olar? SİA mövzu ilə bağlı SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, bu qərara fikri müsbətdir: "Sosial şəbəkələr günümüzdə nə qədər həyatımızın önəmli bir yerini tutsa da maraqlı, faydalı, məlumatları olduğu qədər zərərli və lazımsız tərəfləri də bir o qədər çoxdur. Bununla yanaşı, ətrafımız, tanışlarımız bizə faydalı və lazımlı insanlarla əlaqə qurmağımıza rahatlıq yaratsa da lazımsiz əlaqələrin qurulması da bir o qədər rahat olur və bu kimi lazımsız məlumatlar, tanışlıqlar və ya yanlış yönləndirici mezmunlar 18 yaş altı üçün dahada təhlükəlidir. Çünki o yaş qurupları gördüklərinin təsirinə daha tez düşürlər və bu təsirinə düşdükləri şeylər onları təhsildən, inkişafdan, sağlam düşüncədən uzağlaşdırır".
Muraz Yazimov sözlərinə belə davam edib: "Düzdür, sosial mediada bir çox platformada 18 yaş altı hesablar üçün valideyn nəzarət modeli var. Amma bu funksiyadan istifadə edənlərin sayı çox azdır. Hətta bir çoxunun belə bir funksiya olduğundan belə xəbəri yoxdur. Nəinki bundan, hətta "Uşaqlar hansı sosial platformadan istifadə edir?", "Hansı məqsədlə edir?", Nə qədər zaman ayırır?" kimi məsələlərə də bir o qədər ciddi yanaşmır. Bu metod sağlam düşüncə və gələcək üçün atılan faydalı bir addım olsa da iş sadəcə platformanın elə bir yenilik gətirməsi ilə bitmir. Çünki bunu bilən bir çox 18 yaş altı qrup saxta yaş tarixi girərək qeydiyyatdan keçə bilər. Təbii ki şəxsiyət vəsiqəsi ilə yaş doğrulama kimi bir funskiya gətirməsələr.
Bu metod ölkəmizdə tədbiq edilsə valideyinlər tərəfindən yaxşı qarşılanacağına inanıram. Çünki bir çox valideynin ortaq problemlərindən biridir. Öz ətrafımda da bunun örnəklərini görürəm. Ölkəmizdə 18 yaş altı kifayət qədər yeniyetmə var ki, əsasəndə üz tutduqları “Tik-Tok” platformasında hər gün yüzlərlə lazımsız və faydasız mezmunlarla qarşılaşır,canlı yayımlara qatılırlar. O yaşlara psixaloji təsir edəcək və təsirinə salacaq musiqilərdən istifadə edirlər. Bu da onların gələcəyinə və cəmiyətdə tutacaqları mövqeyə çox böyük təsir edir. Bu kimi səbəblərə görədə belə bir addım atılsa, faydalı olacağını düşünürəm və valideyinlərində bu mövzulara daha ciddi yamaşmalarını ümid edirəm".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB