"Paşinyan kreslosunu itirmək istəmir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Beynəlxalq vasitəçilərin səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalının son dərəcə yüksək olduğu bir vaxtda Ermənistanın ənənəvi metodundan istifadə edərək prosesi pozmaq üçün siyasi və hərbi təxribata əl atması tarixən onların siyasəti olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Rusiya ilə münasibətləri tam pozmama, Qərbi özünə tərəf çəkmək, tam məğlubiyyətini başa düşüb qəbul etməmə cəhdləri var: "Onlar öz siyasətlərini bu formada qururlar. Amma zaman bizim xeyrimizədir. Onlar istəsələr-istəməsələr də Azərbaycanın xarici siyasəti və iqtisadi qüdrətinin artması nəticəsində məcburiyyət qarşısında buna gedəcəklər. Çünki istər Rusiya, istərsə də Qərb bunu tələb edir ki, regionda sakitlik olsun. Düzdür, burada siyasi oyunlar da gedir. Bilirsiniz ki, Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə əlaqədar qərarını ermənilər müzakirə edirlər. Bu da Rusiyada təşviş və nifrətə gətirib çıxarır".
Rüfət Quliyev sözlərinə belə davam edib: "Nikol Paşinyan öz kreslosunu itirmək istəmir. Çünki bilir ki, sonra aqibəti pis olacaq. Digər tərəfdən də o, hər hansı bir nümayiş etməlidir ki, guya sülhə tərəf addımlar atır. İlin sonuna qədər sülh müqaviləsi Azərbaycanın təzyiqi altında bağlanacaq. Başqa yol yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB