Yaz mövsümündə meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib - FOTOLAR

Yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 800 mindən artıq ağac əkilib. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, martın 24-25-də Bərdə, Şəmkir, Tovuz, Şamaxı, Qəbələ, Şəki, Quba, Şabran və Lənkəran rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 20 mindən çox ağac əkilib.

“Yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında ümumilikdə 800 mindən artıq ağac əkilib, 20 ton toxum səpilib”, - o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə