BMT nümayəndəsinə QHT-lərin beynəlxalq əməkdaşlıqlarından bəhs edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru Aqi Vereslə görüşüb. SİA xəbər verir ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib.

O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri ölkəmizdə donor qismində fəaliyyət göstərən qurumun təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.

Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib.

O qeyd edib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib.

Həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə