Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib

ABŞ-nin Florida ştatının Mayami şəhərində Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Florida Azərbaycanlıları Cəmiyyətinin mədəniyyət məsələləri üzrə direktoru Təranə Neymətovanın təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız bir araya gəliblər.

Cəmiyyətin sədri Esmira Bayramova bayram münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib.

Tədbir zamanı milli musiqimiz səsləndirilib, rəqslərimiz ifa edilib, Novruza xas əyləncəli oyunlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə