Yasamal rayonunda “Aztəminatlı ailələrinə qayğı" humanitar aksiyası keçirilib

Yasamal rayonunda “Aztəminatlı ailələrinə qayğı" humanitar aksiyası keçirilib

Yasamal rayonunda Novruz bayramı münasibətilə “Aztəminatlı ailələrinə qayğı" humanitar aksiyası keçirilib. YAP Yasamal rayon təşkilatı, millət vəkili Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 17 saylı 3-cü seçki dairəsində "Aztəminatlı ailələrinə qayğı" humanitar aksiyası keçirilib. Humanitar aksiyada aztəminatlı ailələr ziyarət olunub, onların problemləri dinlənilib və bayram sovqatları təqdim olunub.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Novruz bayramı münasibəti ilə keçirilən humanitar aksiya ümumilikdə 350 ailəni əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə