Novruz bayramında qida rasionumuzu necə təmin etməliyik? - MÜTƏXƏSSİS AÇIQLADI

Novruz bayramında qida rasionumuzu necə təmin etməliyik? - MÜTƏXƏSSİS AÇIQLADI

“Qida məhsullarının tərkibi bayramda dəyişmir. Riskli qida bayramda da, adi gündə də belədir. Ona görə də toyuq, ət, balıq, mayonezdən hazırlanan salatlar, yaxud isti yeməklərin ilk öncə mənşəyi məlum olmalıdır. Aldığımız yerə əmin olmalıyıq. Əsas vacib məqamlar bunlardır”. Bu sözləri SİA-ya açıqılamasında Qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, ikinci növbədə evdə emal prosesidir: “Otaq temperaturunda 2 saatdan çox emal prosesi baş verərsə, bu zaman mikrobioloji çirklənmə nəticəsində zəhərlənmə halları baş verir. Salatları hazırlayıb saatlarla otaq temperaturunda saxlayırlar. Bu mayonezli ət, balıq, toyuq salatlarına və bunlardan hazırlanan isti yeməklərə də aiddir”.

Ağa Salamov sözlərinə belə davam edib: “İsti yeməklərin keyfiyyətli olması üçün bişən kimi süfrəyə təqdim olunmalıdır. Ona görə də vaxt elə tənzimlənməlidir ki, isti yemək süfrəyə isti-isti təqdim olunsun. Hətta mən deyərdim ki, yeməyi qazın üstündə qızdırsınlar. Bu dad baxımından da ləzzətli bir dad ehtiva edir.

İsti yeməklərin də emal prosesi tez bitməlidir. Əti emal etmiriksə, soyuducuda saxlamaq lazımdır. Soyuducudan çıxardıb qızdırdığımız ət yeməyinin istiliyi 75 dərəcə olmalıdır. Yəni, 65 dərəcədən yuxarı olmalıdır.

1 saat ərzində ət mikrobioloji çirklənməyə məruz qalmır. Amma 2-ci saata keçəndə zəhərlənmə ola bilər. Ət qızdırıldıqdan sonra da süfrədə çox qalmamalı, istifadə olunmalıdır.

Düyü, şəkərbura-paxlava şəkərli diabet xəstələrinin səhhətinə mənfi təsir göstərir. Həkim məsləhəti altında müəyyən qida rasionunu aşmamalıdırlar. Yaşlılarda sümüklər əriyir, uşaqlarda isə yeniyetmə vaxtlarında sümük bərkiməlidir. Bu adamlar rəngli qazlı içkilərdən uzaq durmalıdır. Çünki bu içkilərin tərkibində fosfor turşusu var ki, yaşlı insanlarda sümük əriməsinə gətirib çıxarır, uşaqlarda isə sümük inkişafına mənfi təsir edir. Yaşı nəzərə alaraq yaşlılar şirniyyatı az miqdarda istehlak etməlidir. Qazlı içkilərdən də uzaq olmalıyıq. Ən gözəli milli mətbəximizin təamlarıdır ki, onlardan az miqdarda istifadə etsək zərər gəlməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə