Bəhruz Quliyev Novruz bayramı münasibətilə kollektivi təbrik etdi - FOTOLAR

Bəhruz Quliyev Novruz bayramı münasibətilə kollektivi təbrik etdi - FOTOLAR

Bu gün özündə 3 qurumu - "Səs" qəzeti, Səs İnformasiya Agentliyini və Səs İnternet Televiziyasını birləşdirən SƏS Media Qrupun redaksiyasında müqəddəs Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev təmsil etdiyi qurum adından dövlət başçısı cənab İlham Əliyevi və ailəsini, eyni zamanda bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firavanlıq, bol ruzi-bərəkət, gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edən Media Qrupunun rəhbəri bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanımız və qüdrətli Ordumuzun sayəsində artıq işğaldan azad edilən qədim yurd yerlərimizdə də tonqallar qalanır, ölkəmiz bu milli bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən Bəhruz Quliyev "Səs"in kollektivə xoş arzularını çatdırıb.

Sonra xatirə şəkili çəkdirilib və kollektivin üzvlərinə Novruz xonçasından pay verilib.

SİA olaraq biz də bütün Azərbaycan xalqını müqəddəs Novruz bayramı münasibətilə təbrik edir, bol ruzi-bərəkət dolu süfrə, can sağlığı arzulayırıq!

BAYRAMINIZ MÜBARƏK!!!

Bütün xəbərlər Facebook səhifəmizdə