Lənkəranda 1 saylı Regional Ekologiya və Təbii Sərvətər İdarəsinin xətti ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 İlliyi münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri Lənkəran Dövlət Universitetinin nəzdində Sosial Aqrar Texnologiyalar Kollecində baş tutub.
“Heydər Əliyev və Azərbaycan Təbiəti” mövzusunda keçirilən tədbiri kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva açaraq bildirdi ki, kollektivimiz hələ 15 mart 2023 – cü il tarixində Qızılağac Milli Parkında Heydər Əlyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib. Burada biz Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevlə səmimi görüş keçirtdik, onun tövsiyyə və tapşırıqlarını dinlədik. Tədbirdə fəallığa görə cənab nazir kollecin müəllim və tələbələrinə təşəkkürünü bildirdi. Eyni zamanda qeyd etdi ki, təbiətimizin, ətraf mühitin mühafizəsi təkcə bu sahədə çalışanların işi deyil, həm də gənclərin, tələbələrin, ümumiyyətlə bütün əhalinin müqəddəs borcudur. Anadan olmasının 100 illiyinə hazırlaşdığımız Ümummilli Liderimizin yubileyi ərəfəsində keçirtdiyimiz bu tədbir xüsusi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl ona görə ki, bu tədbir vasitəsilə tələbələrimizə Ulu Öndərin təbiət sevgisini aşılayırıq...
1 saylı ETSN – nin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Bəxtiyar Hüseyov “Heydər Əliyev və Azərbaycan Təbiəti” mövzusunda geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev Azərbaycan, Azərbaycan isə Heydər Əliyev deməkdir. Çünki öz milli mənsubiyyətilə qürur duyan Ulu Öndər vətənini canından artıq sevir və bütün varlığını ölkəsinin tərəqqisinə, yüksəlişinə və çiçəklənməsinə sərf edirdi. Elə buna görədir ki, Heydər Əliyev hamımızın qəlbində özünə xüsusi yer ayırıb. Onun əməlləri, ideyaları gələcəyimizə gedən yolumuza işıq saçır. Dahi rəhbərin fəaliyyətində təbiətə xüsusi məhəbbət, sevgi vardı. Onun üçün Vətən məhz təbiətdən başlanırdı. Bu da təsadüfi deyildi. Çünki bizi əhatə edən və tükənməz sərvətlərini səxavətlə bəxş edən təbiət həyatımızın daimi mənbəyidir. O hətta hər hansı bir ağacın bir budağının kəsilməsinə belə ürək ağrısı ilə yanaşır və buna qarşı çıxırdı. İndi Ulu Öndər həyatda olmasa da onun zəngin təbiət irsi durur. Və biz bu irsdən bəhrələnməklə təbiətimizin ecazkarlığını, gözəlliklərini gələcək nəsillərə ötürməliyik. Bu baxımdan bu gün kollecdə keçirilən tədbir öz mahiyyəti və tərbiyəvi əhəmiyyətinə görə diqqəti cəlb etməyə bilməz. Təbii ki, Ekologiya və Təbii Sərvətlər Nazirinin fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ekoloji maariflənmədir. Ekoloji təbliğat olmasa təbii ki, ətraf mühitin, təbiətin, ekologiyanın qorunmasından söhbət gedə bilməz. Sevinirik ki, kollecin müəllim və tələbələri də təbiətin mühafizəsinə, zənginləşməsinə öz təhfələrini verirlər.
Tələbələrdən Qarabağ qazisi Fərid Vəliyev, Fatimə Əliyeva, Şəhla Babazadə, Aysu Mirzəzadə, Fidan Şabanova və başqaları çıxış edərək Ümummilli Liderin xatirəsini daim əziz tutduqlarından, Azərbycan təbiətinin mühafizəsi və zənginləşməsilə əlaqədar tövsiyyələrini həmişə əldə rəhbər tutaraq təbitimizi daha qızğın məhəbbətlə sevəcəklərindən danışdılar.
Tələbələrin ətraf mühitin mühafizəsilə bağlı sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
Sonra Ümummilli Lider Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın ağacəkmə aksiyalarında iştirak etdiklərindən bəhs edən kadrları əks etdirən film nümayiş etdirildi.
Sonda elmi işlər üzrə katib Cəmil Quliyev kollecin rəhbərliyi adından belə tədbirlər üçün lazımi şərait yaratdıqlarına görə Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə, LDU – nun rektoru, professor Natiq İbrahimova minnətdarlığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB