DMA son 2 ayda neçə nəfəri işlə təmin edib? - QURUM RƏSMİSİ AÇIQLADI
“Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarından olan vətəndaşların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işləri davam edir”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyinin strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev deyib.

Onun sözlərinə görə, yanvar və fevral aylarında 7 min 228 nəfər işlə təmin olunub: “Bundan əlavə 914 nəfər özünəməşğulluğa cəlb edilib. Həmçinin, 1304 nəfər peşə hazırlığına cəlb olunub və 37 min 87 nəfərə isə peşəyönümü məsləhət xidməti göstərilib”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB