Martın 14-də Xaçmaz şəhərindəki Zəfər parkında Novruzun axırıncı çərşənbəsi – İlaxır çərşənbə böyük təntənə ilə qeyd edilib.
SİA-nın əldə etdiyi məlumata görə, el şənliyində əvvəlcə bayram tonqalı alovlandırılıb, rayonun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri mahnılar və rəqslər ifa ediblər.
Bayram mərasimdə Bahar mövzusunda rəsm sərgiləri, xalq sənətkarlığı nümunələri, idmançıların nümunəvi çıxışları, Novruzun əsas personajlarından Bahar qızının təbriki, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri sakinlərə xoş ovqat bəxş edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Bildirilib ki, dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramı ölkəmizdə həmişə təntənə ilə qeyd edilir.
Şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı Novruz şənliyinə bayram konserti ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB