“Ağıllı insan yorğanına görə ayağını uzadar” - TƏNQİD EDİLDİ

“Ağıllı insan yorğanına görə ayağını uzadar” - TƏNQİD EDİLDİ

“İnsan həyatdakı qərarlarında məntiqdən daha çox hislərinə söykənir. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub deyib.

Onun sözlərinə görə, bunun mənfi tərəflərindən biri israfçılıqdır: “Nədir bu? Sənin zəruri ehtiyacların olduğu halda, qeyri-zəruri yerlərə pul xərcləyirsən. Təbii ki, insan əylənmək istəyir və buna pul xərcləyir. Konsert də bir əyləncədir, lakin, bəzən çox zəruri ehtiyacları olan birisi həmin konsertlərə hətta borc alıb, gedir. Bu, məntiqə, sağlam düşüncəyə sığmır”.

Mail Yaqublu sözlərinə belə davam edib: “İnsan həyatının dəxlini-xərclini düzgün nizamlamalıdır. Yersiz ədabazlıqlar da, bəzən bizə ziyan vurur. Ağıllı insan yorğanına görə ayağını uzadar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə