Bəziləri üçün gözəllik estetika, digərləri üçün isə məhsul, bəzən ənənə, hətta özlüyündə bir həyat tərzidir. Həmişə fərdi bir anlayış olsa da, gözəllik əslində yaşadığımız yerdən asılı olaraq dəyişir.
Hər mədəniyyətin öz gözəllik standartı var, yəni Hollivudda cazibədar hesab edilən biri, məsələn, Afrikada belə olmaya bilər. Bir sözlə, ölkədən ölkəyə fərq var.
Bəzi ölkələr gözəllik formullarını minimuma endirir, digərləri isə mükəmməl görünmək üçün sərvət ödəyir.
SİA mövzu ilə bağlı araşdırma aparıb.

Gözəl fransız qadınları
Fransada makiyajsız çölə çıxanda özünüzü daha rahat hiss edə bilərsiniz. Çünki burada təbii gözəlliyə üstünlük verirlər. Fransız qadınları makiyajdan daha çox geyim, saç baxımı və təbii gözəlliyə önəm verir. Fransız qadınlar təbii xüsusiyyətlərini vurğulamaq üçün makiyajı minimuma endirirlər. Onlara görə xarici görünüşünüzə çox vaxt və səy sərf etdiyiniz kimi görünürsünüzsə, əsl Paris gözəli deyilsiniz.

Afrika
Afrikalılar dolğun bədən xətlərinə üstünlük verirlər. Qərbdə son illərdə daha dolğun bədən xətlərinə sahib qadınlar qəbul edilməyə başlasa da, qeyri-mütənasib bədən tipləri hələ də çox qəbul edilmir. Digər tərəfdən, bəzi ölkələrdə vəziyyət əksinədir. Bəzi afrikalı kişilər artıq çəkili qadınları daha cazibədar hesab edir və onların daha dolğun cizgilərə sahib olmasını istəyirlər, bəlkə də arvadlarına onlara yaxşı baxdıqlarını göstərmək istəyirlər. Yamaykada geniş ombalara sahib olmaq çox vacibdir. Əslində bəzi Yamaykalı qadınlar bunun üçün plastik əməliyyat etdirməyə üstünlük verirlər.

Braziliya
Bədəndəki qıvrımlar Braziliyada hələ də çox populyardır. Zəriflik illərdir qərb ölkələrində qadınlar üçün ideallaşdırılmış bədən tipi olub, lakin son illərdə vəziyyət bir qədər dəyişib. Braziliyada böyük budlar hələ də əksər braziliyalı kişilər üçün seksual sayılır.

Venesuela
Ölçülər Venesuelada standartdır. Burada müəyyən formada olmaq üçün təzyiq var: böyük sinə, incə bel, iri omba. Qadınlar bu xüsusiyyətlərə sahib olmaq üçün bir sıra əməliyyatlardan əl çəkmirlər.
Geniş boyunbağılar, mənsubiyyət simvolu
Baxdığımız sənədli filmlərdə bir çoxumuz aksesuar kimi boyunlarına enli boyunbağı taxan qadınlara rast gəlirik. Tayland və Birma (Myanma) bölgələrində tez-tez görünən bu maraqlı zinət əşyaları orada yaşayan qadınların mənsub olduqları tayfaların simvolu hesab olunur. Bölgə qadınları demək olar ki, həmişə bu enli boyunbağılardan istifadə edirlər ki, onlar da boyunlarını daha uzun göstərmək üçün istifadə olunur.

Asiya-Çin
Asiyalılar nə qədər ağarsa, bir o qədər gözəl hesab olunur. Dünyanın bir çox ölkəsində, məsələn, Çində ağ dəri ideal hesab edilir və qadınlar günəşdən qaçmaq üçün əllərindən gələni edirlər. Son illərdə sağlamlıq və gözəlliyin açarı kimi qəbul edilən ağ dəri yeni bir trend olaraq sürətlə məşhurlaşıb.

ABŞ
Amerikada qaralmaq gözəllik əlaməti hesab olunur. Bu, həm də sosial status kimi qəbul edilir. Çünki bu, tropik tətil və ya çimərlikdə asudə vaxt keçirmək imkanına sahib olduğunuzu göstərir. Lakin bir çox Asiya ölkələrində bu belə deyil. Məsələn, Çin və Koreya kimi yerlərdə zaqar almaq sosial vəziyyətin pis olduğunu göstərir. Bu mədəniyyətlərdə insanın dərisi nə qədər tünd olarsa, sosial təbəqəsi də bir o qədər aşağı hesab olunur. Bu, insanın çöldə çoxlu əl işi gördüyünü göstərir. Əksinə, asiyalı insanın dərisi nə qədər açıq olsa, sosial təbəqəsi bir o qədər yüksək və gözəlliyi də bir o qədər çoxdur deməkdir. Qadınlar dərilərini ağ saxlamaq üçün günəş çətiri ilə çölə çıxırlar, hətta dərinin ağardılmasını düşünməyə qədər gedirlər.

Efiopiya
Efiopiyalılar yara izlərini cəlbedici hesab edirlər. Bir çox ölkələrdə insanda çapıq varsa, normal olaraq narahat olunur. Amma Efiopiyada çapıqlar qadınların gözəlliyi ifadə etmə üsulu hesab olunur. Efiopiyanın Karo qəbiləsinin kişiləri üçün çapıqları olan qadınlar gözəl və cazibədar görünürlər.
Qırmızı saç və qırmızı dəri
Namibiyanın şimal-qərbindəki yarı köçəri qəbilə olan Himba qadınları üçün məhsul otjizedir, ətirli qırmızı oxra və yağdan hazırlanmış pastadır. Bunlar qırmızımtıl rəng vermək üçün dərilərinə və saçlarına tətbiq olunur. Buna görə də onlar “Namibiyanın ikonik qırmızı qadınları” kimi tanınır və hər il dünyanın hər yerindən fotoqraflar tərəfindən ziyarət edilir.
Bəmbəyaz dişlər
Daha çox hip-hop mədəniyyətinin üstünlük verdiyi dəbdəbəli qızıl və almaz dişlər indi Amerika pop mədəniyyətinin bir parçasına çevrilir. Lady Gaga kimi qadın məşhurlar da az qala sərvət dəyərində olan bu dişlərə üstünlük verirlər.
İranda gözəl burun vacibdir
İranda plastik cərrahiyyə bir az fərqli məna daşıyır. Bir çox iranlı qadın üçün rinoplastika sadəcə pis göründüyü üçün edilən bir iş deyil, demək olar ki, hər bir qadının istədiyi bir şeydir.
İran dünyada ən çox burun əməliyyatı edilən ölkədir. İranlı qadınlar üçün bu, təkcə status simvolu deyil, həm də yaxşı həyat yoldaşı tapmağa çalışmağın bir yoludur.
Bütün bunlarla yanaşı ölkəmizdə də xanımlar bir- biri ilə gözəllik uğrunda yarışır. Belə ki, onlar hər cür dərmandan istifadə edirlər ki, arıqlasınlar, yaxud da hər xırda şey üçün bıçaq altına yatırlar.
Ölkəmizdə də daha çox ağ dərili, incə üz cizgilərinə sahib olan və balıq ətli xanımlar gözəl hesab edilir. Lakin son illər arıq dəbli qadınlar daha çox populyardır. Həmçinin, makiyajsız qadınlar bizdə də gözəl hesab olunur.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB