Boşanmış qadın uşağını xaricə necə apara bilər? - HÜQUQŞÜNAS AÇIQLADI
“Yetkinlik yaşına çatmayan uşaqların ölkə xaricinə çıxarılması ilə bağlı mütləq şəkildə valideynlərin hər ikisinin icazəsi lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, bura həm ata, həm də ana daxildir: “İkisinin də icazəsi birmənalı şəkildə olmalıdır. Ana aparmaq istəyirsə atanın, ata istəyirsə ananın icazəsi mütləqdir”.
Şamil Paşayev sözlərinə belə davam edib: “Əgər ata icazə vermirsə və uşağın xaricə aparılması zərurəti varsa, bununla bağlı valideyn məhkəməyə müraciət edə və məhkəməyə müraciət edib uşağın xaricə aparılmasını təmin edə bilər. Məhkəmə bununla bağlı müvafiq sənədləri, yəni uşağın xaricə aparılmasının şərtlərini valideyndən istəyə bilər. Bu uşağın təhsili, ananın orada yaşamağının zəruriliyi, maddi rifahı, ananın təhsili, uşağın sağlamlıq vəziyyəti, ananın sağlamlıq vəziyyəti və s. ola bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB