Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova Ali təhsil müəssisələrində tələbələrə yol hərəkəti təhlükəsizliyi qaydaları, eləcə də təhlükəsizlik mədəniyyətinin gənc nəsildə düzgün şəkildə formalaşdırılması məqsədilə tədbirlərə başlanıldığını bildirib. SİA xəbər verir ki, ilk belə tədbir Azərbacan Memarlıq və İnşaat Universitetində baş tutub.
O təəssüf hissi ilə bildirib ki, yol nəqliyyat hadisələri təhlil olunduqda 17-29 yaş qrupuna daxil olan gənclərin də hadisə qurbanları içərisndə tutumu yüksəkdir. Hər bir gəncin yüksək bilik və bacarıqlarını formalaşdırmağı ilə yanaşı nizam-intizamlı olması, xüsusən də həyati əhəmiyyəti yüksək olan Yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir.
Belə tədbirlərin ilin sonunadək Bakı şəhərinin bütün ali məktəblərində keçirilməsi nəzərdə tutulur. Yol polisi olaraq bütün ali məktəblərin rəhbərliklərinə təhlükəsiz gələcək naminə bu cür tədbirlərin təşkil olunması üçün zəruri köməkliyi və dəstəyi əsirgəməməyi xahiş edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB