“Su itkisinin 30 faizdən 5 faizə qədər azalması gözlənilir” - SƏDR MÜAVİNİ DANIŞDI

“Su itkisinin 30 faizdən 5 faizə qədər azalması gözlənilir” - SƏDR MÜAVİNİ DANIŞDI

“Meliorasiya və Su Təsərrüfatı ASC su qıtlığının qarşının alınması üçün bir sıra tədbirlər görür. İnfrastrukturun qurulması ilə bağlı cənab Prezidentin sərəncamı ilə tədbirlər planı hazırlanıb”. SİA xəbər verir ki, bu sözləri brifinqdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.

Onun sözlərinə görə, bu çərçivədə 20 magistral kanalın hazırlanması nəzərdə tutulub: “Bu 9000 km şəbəkə və kanalı əhatə edir və burada 280 min hektar ərazi formalaşır. Bu bərpa işlərinin icrasına artıq başlanılıb. Kanalların bərpasının oktyabr ayında birinci mərhələsinin başa çatacağı gözlənilir. Bunun nəticəsində də su itkisinin 30 faizdən 5 faizə qədər azalması gözlənilir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə də bu istiqamətdə işlər aparılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə